Son bir ayda Azərbaycanda əmək haqqı 60 qəpik artıb – Rəsmi


Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 825 manat 30 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-aprel) müqayisədə 60 qəpik artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 824 manat 70 qəpik olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə orta aylıq nominal əmək haqqı 101 manat 30 qəpik artıb.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top