Şoyqu Rüstəm Muradova tapşırıq verdi: “Məhv edin!”


Sergey Şoyqu “Vostok” qruplaşmasına Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarını vurmağı tapşırıb.
Yeniavaz.com
 TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən Rusiyanın “Vostok” qruplaşmasına baxış keçirib”, - nazirlik bildirib.
Yoxlama zamanı Şoyqu “Vostok” qruplaşmasının komandiri Rüstəm Muradova Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərinin və artilleriyasının məhv edilməsi haqda göstəriş verib.
Məlumata əsasən, Rüstəm Muradov nazirə mövcud vəziyyət və düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişatı barədə məruzə edib.
Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top