Azərbaycan əhalisinin sayı açıqlandı


Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 22 min 781 nəfər və ya 0,2% artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 179 min 147 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin ümumi sayının 52,9%-ini şəhər, 47,1%-ini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50 min 239 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9%, qızların xüsusi çəkisi isə 47,1% təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.

DİGƏR XƏBƏRLƏR

Top