Dünyada kərə yağı ucuzlaşır, Azərbaycanda isə bahalanır – Son rəqəmlər


Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 61 milyon 187,7 min dollar dəyərində 10 min 777,3 ton kərə yağı idxal olunub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 5,7 dollar (9,6 manat) olub.
Məlumat üçün bildirək ki, son 3 aydır dünya bazarlarında da kərə yağının qiyməti sürətlə ucuzlaşmaqdadır. Ötən ilin iyul ayında 1 kiloqramı 4,4 dollar olan kərə yağı davamlı olaraq bahalanıb və bu ilin mart ayında ən yüksək səviyyəyə 7,1 dollara yüksəlib. Mart ayından sonra yenidən ucuzlaşma müşahidə olunub. Bu ayın əvvəlində kərə yağının qiyməti 5,6 dollara düşüb.
Lakin onu da bildirək ki, son 3 aydır kərə yağının qiymətində qeydə alınan ucuzlaşma ölkə daxilindəki pərakəndə satış mağazalarında müşahidə edilmir. Hazırda marketlərdə kərə yağının qiyməti 10 dollardan baha (17-18 manat) satılır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top