Rusiyanın 2 hərbi gəmisi Əlcəzair limanına yanaşıb


Rusiya donanmasının Qara dənizdəki iki hərbi gəmisi iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək məqsədilə Əlcəzair limanına yanaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu haqda Əlcəzair Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.
“Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının döyüş gəmiləri, hidroqrafik gəmi və neft-tanker gəmisi Əlcəzair limanına yanaşıb”, - açıqlamada bildirilib.
Nazirliyin məlumatına əsasən, gəmilər iki gün Əlcəzair limanında qalacaq.
Qeyd edək ki, Əlcəzair Rusiyanın Afrika qitəsindəki ən mühüm hərbi müttəfiqlərindən biridir.

Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top