Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi


Gəncədə bədbəxt hadisə baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü H.Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.
Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirərək "leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun kapitanı olan Həmid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Cəfərli oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltig edilib.

DİGƏR XƏBƏRLƏR

Top