"Rusiya İran pilotsuz təyyarələrini əldə etməkdə maraqlıdır" - Baydenin müşaviri


Rusiya nümayəndə heyəti son bir ayda ən azı iki dəfə İranın mərkəzi hava limanında olub, burada dəqiq idarə olunan sursat daşıya bilən "Şahed-191" və "Şahed-129" pilotsuz təyyarələri nümayiş etdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatə peyk görüntülərinə və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatına istinadən xarici KİV-lər yayıb.
“Bizim qiymətləndirməmizə görə, rəsmi Rusiya nümayəndə heyəti bu yaxınlarda İranın zərbələr endirmək qabiliyyətinə malik pilotsuz təyyarələrinə baxış keçirib. Biz iyun ayında çəkilmiş bu şəkilləri dərc edirik. Bu, Rusiyanın zərbə qabiliyyətinə malik İran pilotsuz təyyarələrini əldə etməkdə maraqlı olduğunu göstərir”, - ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
Bildirilir ki, İran və Rusiya arasında tərəfdaşlıq getdikcə güclənir.

DİGƏR XƏBƏRLƏR

Top