Putinin yeni varisi kimdir? - Rusiya KİV-dən maraqlı iddia...


"Rusiya prezidenti Vladimir Putin qızı Yekaterina Tixonovanı böyük siyasətə gətirir. O, yəqin ki, onu öz varisi etmək istəyir".

Yeniavaz.com xəbər verir ki, bu barədə "Espresso" telekanalının efirində Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko məlumat verib.
"Putin bu yaxınlarda Tixonovanı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının İdxal Əvəzedici Koordinasiya Şurasının həmsədri təyin edib. Ehtimal ki, bu yolla o, tədricən onu varisə hazırlayır.  Ola bilsin ki, Putin düşünməyə başlayıb ki, qızı onun varisi olmalıdır", - Denisenko izah edib.
Məlumat üçün bildirək ki, Tixonova 31 avqust 1986-cı ildə KQB zabiti Vladimir Putinin xidmət etdiyi Almaniyanın Drezden şəhərində anadan olub.
Moskva Dövlət Universitetini bitirib, fizika-riyaziyyat elmləri namizədidir və "İnopraktika" şirkətinə rəhbərlik edib.
Tixonovanı şəxsən tanıyan Dövlət Dumasının keçmiş deputatı Mariya Maksakovanın sözlərinə görə, o, çox qeyri-ictimai şəxsdir, çox qapalıdır, görünməz olmağa çalışır.
Tixonova akrobatik rok-n-roll ilə məşğul olub və müəyyən uğurlar qazanıb. 
O, 2015-ci ildən 452 milyon rubl dəyərində dövlət müqavilələri almış “İnopraktika” şirkətinin rəhbəri olub.

DİGƏR XƏBƏRLƏR

Top