Kür çayında batan polisin meyiti tapılıb


Bu gün səhər saatlarında Yevlax rayonunda PPX (Post Patrul Xidməti) avtomobilinin körpüdən Kür çayına düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.
Yeniavaz.com
 xəbər verir ki, "Fitat" markalı polis avtomobili idarəetmədən çıxaraq körpüdən Kür çayının su axınının güclü olduğu 4 metr dərin hissəsinə düşüb. Bildirilir ki, ətrafda olan şəxslər avtomobildə qalan Kamran Məmmədovu çıxartmağa çalışsalarda güclü axın onu əvvəlcə avtomobildən kənara, sonra isə önünə salaraq çayın axarına sürükləyib.
Xatırladaq ki, qəza zamanı avtomobildə 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu çayda batan avtomobildən sağ qurtarılaraq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. 

DİGƏR XƏBƏRLƏR

Top