Kür çayında batan avtomobildəki polislərin kimliyi məlum oldu - Yenilənib


Bu gün Yevlax rayonunda səhər saatlarında PPX (Post Patrul Xidməti) avtomobili körpüdən kürə düşüb.

Yeniavaz.com xəbər verir ki, qəza zamanı avtomobildə 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu çayda batan avtomobildən sağ qurtarılaraq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

***

Yevlaxda polis əməkdaşları həlak olub.

Yeniavaz.com xəbər verir ki, Yevlax rayonunda səhər saatlarında PPX (Post Patrul Xidməti) avtomobili körpüdən kürə düşüb. İlkin məlumata görə post patrul xidmətinin 4 əməkdaşı avtomobildə olub. Onlar Şəki rayonuna təlimə gedirlərmiş. Əməkdaşlardan 3-nü xilas etmək mümkün olub. Bir polis əməkdaşının axtarışları isə davam edir. Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2 gün əvvəl Göygöl rayonu ərazisində xidməti avtomobili ilə qəzaya düşən Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi polis mayoru Qubat Qasımov da müalicə aldığı xəstəxanada vəfat edib. 
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top