Levandovski "Barselona"ya keçdi


Almaniya Bundesliqasının nəhəngi "Bavariya" 2012-ci ildən komandada çıxış edən Robert Levandovskinin İspaniya La Liqa təmsilçisi "Barselona"ya transfer olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İspan nəhəngi rəsmi saytında Levandovskinin sağlamlığını yoxlamaq və müqavilə imzalamaq üçün Barselona şəhərinə gələcəyini də açıqlayıb.
Ötən mövsümün sonunda millinin düşərgəsində "Bavariya"dan ayrılmaq istədiyini açıqlayan polşalı hücumçunun sözləri Avropa transfer bazarını çaşdırıb.
Onun yerinə Haalandın transfer olunmaq istəndiyini öyrəndikdən sonra 8 il oynadığı alman nəhənginə reaksiya verən Leva “Barselona”ya getmək istədiyini açıqlayıb.
"Bavariya" 33 yaşlı hücumçunu komandada saxlamaq istədiklərini və onu pulsuz göndərməyəcəklərini bildirdikdən sonra "Barselona"nın iki təklifini geri çevirib. Ancaq son təklif 45 milyon avro və 5 milyon bonus olduqda, transfer tamamlanıb.

DİGƏR XƏBƏRLƏR

Top