Bayden impiçmentlə üzləşə bilər


ABŞ prezidenti Co Bayden impiçmentlə üzləşə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. Bildirilib ki, bu Demokrat Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə baş verə bilər.
Nəşr qeyd edir ki, seçkidə uduzacağı təqdirdə Bayden impiçmentlə üzləşə bilər, çünki aparıcı respublikaçılar buna təşəbbüs göstərmək niyyətlərini artıq bəyan ediblər.
Xüsusilə, yanvar ayında respublikaçı senator Ted Kruz Baydenin impiçmenti üçün “çoxlu əsasların” olacağını bildirmişdi. Və aprel ayında onun sözçüsü Ken Bak, Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin "impiçmentin məqsədəuyğun olub olmadığını müəyyən etmək üçün dinləmələr keçirəcəyini" demişdi.
May ayında Massaçusets Universitetinin keçirdiyi sorğuya əsasən, respublikaçıların 68, mühafizəkarların isə 66%-i impiçmenti dəstəkləyir.
İmpiçment maddələri Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər, lakin prezident yalnız Senatda üçdə iki səs çoxluğu ilə vəzifədən kənarlaşdırıla bilər. Bu, əvvəllər heç vaxt baş verməyib.
Keçmiş prezident Donald Tramp iki dəfə - 2020 və 2021-ci illərdə impiçment elan edilib və hər ikisində Senat tərəfindən bəraət alıb. Odur ki, respublikaçılar seçkilərdə qalib gəlsələr, şansları az olsa belə, onların Nümayəndələr Palatasında prosedura başlamasına heç nə mane olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top