Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi birləşmələrə əməliyyatların əhatəsini genişləndirməyi əmr edib.
Yeniavaz.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda, rus əsgərlərini yoxlamaq üçün Ukraynaya qayıdan Şoyqunun Ukraynanın şərqində rusiyapərəst separatçı qüvvələrin işğal etdiyi torpaqları qorumaq üçün Ukraynaya qarşı hücumları artırmaq istədiyi bildirilib. Bəyanatda, Şoyqunun bu təlimatı Ukraynada əməliyyatların davam etdiyi bütün bölgələrdəki hərbi birləşmələrə çatdırdığı bildirilib.
Qeyd edək ki, Fevral ayında Ukraynaya qarşı hərbi əməliyyata başlayan Rusiya aprel ayında Kiyev ətrafında qüvvələrini geri çəkib, separatçı qüvvələrin qismən nəzarətdə olduğu şərq Donbas bölgəsinə hücum edib və bir çox yeri ələ keçirib. Bildirilir ki, son həftələr bölgədə münaqişələr şiddətləndiyi üçün hər iki tərəf böyük itkilər verib.