Azərbaycan Gürcüstana təşəkkür etdi


“Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili ilə görüşmək xoş oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.
“Azərbaycan-Gürcüstan möhkəm strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, regionda davamlı sülh və tərəqqiyə nail olmaq üçün göstərilən səylərə görə minnətdarlıq bildirilib”, - o, bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top