"Lex"ə “lox” deyən PFL prezidenti özünü müdafiə etdi: “Təhqir deyil”


Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev canlı efirdə “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi” ifadəsinə görə ciddi tənqid olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə PFL prezidenti sözügedən açıqlaması barədə Pravda.az-a danışıb. O bildirib ki, “lox” sözü təhqiramiz söz deyil: “O sözü aşağılamaq niyyəti ilə deməmişəm. Kim bu sözü təhqir kimi qəbul edirsə, öz işidir. Düzdür, jarqon ifadədir, amma təhqir deyil. “Lox” sözü aciz mənasında işlənir. İnsan insana deyir ki, “sən məni loxlamaq istəyirsən?” Yəni aldatmaq istəyirsən? İstər hər hansı klub, istər insan, istərsə də heyvan haqqında heç vaxt təhqiramiz, kimisə alçaldacaq söz işlətmərəm. Ola bilər, ləhcədən çox şey asılıdır. Məsələn, Azərbaycanda elə bir söz var ki, onu Gürcüstanda işlətmirlər. Deyirlər, mənası pis çıxır. Gürcüstanda elə söz işlənir, onu Azərbaycanda istifadə etmirlər. Hər kəs sözü bir cür yozur. Yaxşı, Ramin Musayev bir səhv işlədib. Hər şeyi qoyaq kənara. Mənə bir şey maraqlıdır. Bəs Mahir Əmrəlini Polşada pis günə qoyub qovanda, daş-qalaq edəndə niyə bu insanların biri onun müdafiəsinə qalxmadı? Bu sualıma cavab verin. Axı Mahir də bizim millətin övladıdır, milli komandanın üzvüdür. Gənc oğlandır, onun da həyatı var. Niyə onu biabr elədilər, qovdular? Onun heyfini çıxmıram, sadəcə kimlər ki düşünürlər “Ramin Musayev komandını alçaltdı”, xeyr, alçaltmamışam. Nə də bu niyyətlə həmin sözü demişəm. Mətbuata çox şeyi açıqlamaq istəmirəm, amma əfsus ki, bəzi insanlar istifadə edirlər. Düşünürlər ki, onların arzularının həyata keçməsinə əngəl oluram. Elə bir şey yoxdur. Heç kimə maneə olmuram, əksinə… İşlədiyim dövrdə qəbulumda olan insanlar görür ki, hər dəfə kömək etmək niyyətində olmuşam. Şənbə günüdür, amma bu gün işdəyəm. Elə olur ki, şənbə-bazar günləri bir valideyn uşağının əlindən tutub AFFA-ya gəlir. Problemi, dərdi var. Şənbə-bazar AFFA-da işçi olmur. Düzdür, uşaq futboluna aidiyyətim yoxdur, buna baxmayaraq, insandır, gəlib dərdini söyləməyə. O insanları qəbul edirəm. Əlimdən gələn köməkliyi artıqlaması ilə göstərirəm. Çünki insandır, bu adam 5 gün işləyir, 2 gün istirahət günü var. Övladının yanında pərt olmasın deyə, qəbul edirəm, xoş niyyətlə yola salıram. Bu, bizim insanlıq borcumuzdur. Vəzifə borcu başqa, insanlıq borcu başqadır…”

DİGƏR XƏBƏRLƏR

Top