BDU-nun 700 minlik tenderini vergi borcu olan şirkət uddu


Bakı Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN - 2003319071) olub.
Yeniavaz.com
xəbər verir ki, Universitet bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması xidmətinə görə QSC-yə 717 min 332 manat 90 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin ötən günə olan məlumata görə dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top