Bayden Səudiyyə Ərəbistanında səfərdədir


ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, səfər zamanı insan haqlarını müzakirə edəcəyini bildirən Bayden hava limanında Məkkə əyalətinin qubernatoru şahzadə Xalid əl-Feysəl tərəfindən qarşılanıb.
Ağ Ev Baydenin Səudiyyə kralı Salman ibn Əbdüləzizlə ikitərəfli görüş keçirdikdən sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman Məhəmməd ibn Salmanın başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Səudiyyə nazirləri ilə işgüzar görüş keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, Yaxın Şərqə səfəri çərçivəsində ABŞ prezidenti Bayden İsrailin baş naziri Yair Lapidlə, daha sonra isə Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top