Bakının bu küçələrində hərəkətə məhdudiyyət qoyulacaq


Bakının Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində aparılacaq qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərə qeyd olunan istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmaları tövsiyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top