Vinnitsada azərbaycanlıların da mülkləri dağılıb - Fotolar


Rusiyanın ötən gün raket atəşləri nəticəsində Vinnitsa şəhərinin mərkəzində dağıntıların növbəti nəticələri açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Report-un sorğusuna cavab olaraq şəhər meriyası hadisə ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Belə ki, ötən gün Vinnitsada Rusiya tərəfindən atılan silsilə raket zərbələri nəticəsində 183 nəfər yaralanıb ki, onlardan 3-ü azyaşlı olmaqla 82-si ağır vəziyyətdədir. 24 nəfər həlak olub ki, 3-ü azyaşlı uşaqlardır. 18 nəfər isə itkin düşüb. Ərazidə azərbaycanlılara məxsus 3 mağaza dağılaraq tamamilə yararsız hala düşüb.

Qeyd edək ki hazırda xilasedicilər dağıntılar altında itkin düşənləri axtarırlar. Bildirirlər ki, yaralılar arasında ölənlərin olacağı istisna edilmir.





DİGƏR XƏBƏRLƏR

Top