Azərbaycan və Ermənistanın XİN başçıları iyulun 16-da Gürcüstanın paytaxtında görüşəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
***18:10
Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Prezident qeyd edib:
"Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın".