Prezidentin general rütbəsi verərək yüksək vəzifəyə təyin etdiyi İlqar Abbasov kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, İlqar Abbasov 1973-cü ildə Naxçıvan şəhərində anadan olub.
İ. Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Daha sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib. 2017-ci ildə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokuroru təyin edilib. Bu ilin aprel ayında isə tutduğu vəzifədən azad olunub.
Bildirilir ki, İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top