Bakıda dəniz sahilində yanğın olub


Bakı şəhərinin Xətai rayonunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p.m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb.

Yeniavaz.com xəbər veirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.
FHN-nin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top