Nazim Məcidov vəfat etdi


Azərbaycan Qızıl Aypara Cəmiyyəti prezidentinin müşaviri Nazim Məcidov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əskərzadə bildirib.
O qeyd edib ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Nazim Məcidov 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tibbi üzrə fəlsəfə doktoru olan Nazim Məcidov uzun müddət Bakı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top