Səfər Mehdiyevin sinif yoldaşı olan gömrük generalının saxlanıldığı deyilir


Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlunun hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanıldığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bəzi yerli mətbuat orqanarında və sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor M. Rəsulovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin yaxın dostu və sinif yoldaşı olması ilə bağlı dəfələrlə məlumatlar dərc olunub.
Xatırladaq ki, iyunun 21-də Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və daha sonra həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top