Daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alındı


Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının mətbuat agentliyi Krallığın Səhiyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Səhiyyə Nazirliyi krallıqdan kənardan Ər-Riyada qayıdan şəxsdə meymunçiçəyi xəstəliyinin müəyyən edildiyini açıqlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının səhiyyə xidmətləri xəstə şəxslə yaxın təmasda olanların izinə düşüb. Onların hamısı həkim nəzarətindədir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1% ilə 10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

DİGƏR XƏBƏRLƏR

Top