Göyçayda yasda 14 nəfər zəhərlənib


Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından 14 nəfərin halı qəfildən pisləşib.
İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.
Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.
İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslər aşağıdakılardır:

Eminova Əsli Paşa qızı(1966);
İbrahimova Kifayət Müğdət qızı (1965);
Kərimova Aybəniz İbrahim qızı (1987);
Miriyeva İfrat İdris qızı (1962);
Quliyeva Esmira Rakif qızı (1985);
Nuriyeva Ürfət Etibar qızı (1987);
Quliyeva İlhamə Bəşir qızı (1970);
Quliyeva Nüşabə Bəşir qızı (1979);
Quliyeva Aidə Bəşir qızı (1979);

Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları isə belədir:

Quliyev Turqut Azər oğlu (2007);
Quliyeva Aydan Azər qızı (2005);
Quliyeva Zeynəb Yengibar qızı (2005);
Quluzadə Gülşən Elsevər qızı (2020);
Quluzadə Ayşən Elsevər qızı (2020);

Zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdır, müalicələri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top