İtaliya prezidenti Mario Draqinin istefasını qəbul etmədi - Yenilənib


İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Artıq İtaliya mətbuatında M. Draqinin iyulun 20-də parlament qarşısında çıxış edəcəyi barədə məlumatlar yayılıb.

***22:00
İtaliyanın baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, onun mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı dövlət başçısı, prezident Sercio Mattarellaya çatdıracağını bildirib.
"Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm", - hökumətin mətbuat xidməti onun sözlərindən sitat gətirib. O, Nazirlər Kabinetinin üzvlərinə müraciətində qeyd edib ki, milli birliyin bu hökuməti yarandığı gündən bəri dəstəkləyən hissəsi artıq yoxdur. Onun sözlərinə görə, ofisinin işləməsi üçün daha heç bir şərait görmür.
İstefaya səbəb 5 Ulduz Hərəkatının - hakim koalisiyanın partiyalarından biri olan və bu yaxınlara qədər onun əsasını təşkil edən partiyanın İtaliya parlamentinin yuxarı palatasında hökumətə etimadla bağlı səsvermədə iştirakdan imtina etməsi olub. Onlar parlament çoxluğundan çıxdıqlarını rəsmi olaraq qeyd etdilər.
Draqi daha əvvəl hökumətini 5 Ulduz Hərəkatının iştirakı olmadan görmədiyini bildirməklə yanaşı, koalisiyanı ultimatumlar əsasında saxlamağın heç bir mənası olmadığını qeyd edib.
Qeyd edək ki, hazırkı hökumət sonuncu hökumət böhranından və hazırda 5 Ulduz Hərəkatına rəhbərlik edən Cüzeppe Kontenin kabinetinin süqutundan sonra geniş koalisiyanın yaradılmasının nəticəsidir. Nazirliklər Draqinin rəhbərlik etdiyi kabineti dəstəkləyən bütün partiyaların nümayəndələri arasında bölüşdürülüb. Eyni zamanda, 2018-ci ildən parlament seçkilərində 33 faiz səs toplayan Hərəkat koalisiyanın onurğa sütunu olub.

***21:00
İtaliyanın baş naziri Mario Draqi istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top