Son sutkada neçə vaksin vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 185 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 785 739, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 736, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 318 716, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 841 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top