ABŞ və İsrail İrana qarşı birgə bəyanat imzaladı


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Yair Lapid ilə İranın nüvə silahlarını rədd edən birgə bəyanat imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Yaxın Şərq səfərinin ilk dayanacağı İsraildə ABŞ prezidenti Co Bayden bu ölkənin baş naziri Yair Lapid ilə görüşüb. Prezident Bayden və baş nazir Lapid İranın nüvə silahlarını rədd etmək üçün birgə bəyanat imzalayıblar.
"Biz İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik", - Bayden daha sonra keçirdiyi mətbuat konfransında deyib.
Baydenin sabah Fələstin prezidenti Mahmud Abbasla görüşmək üçün İordan çayının qərb sahilinə, oradan da Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top