ÜST Azərbaycanda bu şəxslərə “buster” dozanın vurulmasını tövsiyə edib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.
Həmçinin 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top