Mingəçevir İH başçısı şəhər stadionuna baxış keçirib - Fotolar


2022-2023-cü illər üzrə Azərbaycanda futbol çempionatı yaxınlaşdıqca stadionlar və idman meydançalarının əsaslı təmirinin aparılmasına da diqqət artırılır.
Yeniavaz.com
xəbər verir ki, bu məqsədlə bu gün şəhər rəhbərliyi Mingəçevir şəhər stadionunda təmir bərpa işlərinə baxış keçiriblər.
Mingəçevir şəhər stadionunda böyük işlər həyata keçirilir. Stadionun meydançası qaydaya salınır, azarkeşlərin rahatlığı üçün oturacaqlar qoyulur, geyinib-soyunma otaqları, duşxana və sanitar qovşaqları, eləcə də tribuna təmir olunur.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bilavasitə yaxından dəstəyi ilə həyata keçirilən bu işlər avqust ayının üçüncü ongünlüyündə tam başa çatdırılmalıdır. Buna görə də şəhər İcra Hakimiyyətinin başçısı və işin həyata keçirilməsində maliyyə dəstəyi göstərən şəhər Bələdiyyəsinin sədri təsərrüfüt rəhbərləri və işi həyata keçirən idarə, müəssisə təşkilat rəhbərləri ilə birgə şəhər stadionunda aparılan təmir-bərpa işlərinə baxış keçiriblər.
Şəhər rəhbəri işlərin gedişatı ilə tanış olduqca müəyyən təəssüratlarını bölüşüb, əlavə tapşırıqlarını verib. İşlə tanışlıqdan sonra “Mingəçevir” futbol komandasının hazırlıq vəziyyəti və qarşıda duran planları ilə də maraqlanıb. Görüşdə iştirak edən təşkilat rəhbərlərini narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. İşin daha yaxşı getməsi üçün şəhər yaşıllaşdırma və sanitar təmizlik idarəsinə işə dəstək məqsədi ilə əlavə tapşırıqlar verib. Stadionda tez-tez belə görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top