İyulun 14-də saat 10:25 radələrində Ermənistanın Azərbaycanla sərhədində yerləşən N saylı hərbi hissənin döyüş mövqeyində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Arsen Armen Manukyanın (2003-cü il təvəllüdlü) baş nahiyəsindən güllə yarası ilə meyiti aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Ermənistan müdafiə nazirliyi yayıb.
Məlumatda bildirilir ki, hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.