Vinnitsada ölənlərin sayı 22-yə çatdı, matəm elan olundu - Yenilənib


Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə ölkənin polis təşkilatı məlumat yayıb.
Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir.
Qeyd olunub ki, şəhərdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub. Sabah Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.

***18:26
Vinnitsaya Rusiya tərəfindən edilən raket hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin “Telegram” kanalında 34 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd olunub ki, hücumdan sonra 91 nəfər tibbi yardıma müraciət edib, 4-ü uşaq olmaqla 52 nəfər xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, 55 bina və 40 avtomobilə ziyan dəyib.
“46 nəfərin axtarışları davam etdirilir”, - xilasedicilər bildiriblər.

***15:44
Ukraynanın Vinnitsa şəhərinə edilən raket hücumu nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 20 nəfərə çatıb. 90 mülki şəxs yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müavini məlumat yayıb.

***14:08
Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirilib.
Yeniavaz.com
xəbər verir ki, Vinnitsa Regional Dövlət Administrasiyasının sədri Sergey Borzov şəhərə zərbələrin endirilməsini təsdiqləyib.
Bildirilib ki, ilkin məlumata görə, 3 rus raketi ofis sahəsi olan binaya düşüb. Zərbələrdən Zabitlər Evi və yaxınlıqdakı yaşayış binaları da zədələnib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 25 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top