Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütləri məlum oldu


UEFA Çempionlar Liqasında  I təsnifat mərhələsinə yekun vurulub və II təsnifat mərhələsinin bütün cütləri məlum olub. 
Yeniavaz.com 
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 13 iyulda baş tutan cavab oyunlarının nəticələrini və II təsnifat mərhələsində üz-üzə gələcək komandaları təqdim edir.

I təsnifat mərhələsinin 13 iyulda baş tutan cavab oyunları

Dinamo (Batumi, Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
İlk oyun – 0:0

Klaksvik (Farer adaları) – Bodo Qlimt (Norveç) 3:1
İlk oyun – 0:3

Şaxtyor (Soliqorsk, Belarus) – Maribor (Sloveniya) 0:2
İlk oyun – 0:0

Ferentsvaroş (Macarıstan) – Tobol (Qazaxıstan) 5:1
İlk oyun – 0:0

ÇFR (Rumıniya) – Pünik (Ermənistan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 0:0

Linfild (Şimali İrlandiya) – TNS (Uels) 2:0
İlk oyun – 0:1

II təsnifat mərhələsində üz-üzə gələcək komandaları

Çempionlar Yolu

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) - "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

Liqa Yolu
"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr)
"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)

Qeyd edək ki, ilk oyunlar 19-20 iyulda, cavab görüşləri 26-27 iyulda olacaq.

DİGƏR XƏBƏRLƏR

Top