Rusiyanın işğal etdiyi Xersonda ABŞ vətəndaşı saxlanılıb


ABŞ vətəndaşı Suedi Murekezi ötən ay Xersonda saxlanılıb və hazırda Donetsk Xalq Respublikasının (DXR) ərazisində həbsdədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məhbusun qohumları və dostlarına istinadən məlumat yayıb.
Qardaşının nəşrə verdiyi məlumata görə, Murekezi 2017-ci ildən tez-tez Ukraynaya səfər edib, 2020-ci ildə isə daimi olaraq ora köçərək Xersonda məskunlaşıb. Təxminən bir ay əvvəl o, əlaqəni kəsib və iyulun 7-də yaxınlarına zəng edərək bildirib ki, küçə etirazlarında iştirak etməkdə ittiham olunur və Donetskdə saxlanılır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Murekezi nə Ukrayna Silahlı Qüvvələrinin tərəfində gedən döyüşlərdə, nə də Ukraynaya dəstək üçün küçə aksiyalarında iştirak etməyib.
ABŞ Dövlət Departamentindən bildirilib ki, artıq ABŞ vətəndaşının “saxlanması barədə məlumatlarla” tanışdırlar, lakin “məxfilik səbəbi ilə” nəşrə əlavə şərh verməyəcəklər.
İyunun 15-də “The Daily Telegraph” qəzeti iki keçmiş amerikalı əsgər Aleksandr Dryuke və Endi Vinxin Xarkov yaxınlığında əsir götürüldüyünü yazıb. Ertəsi gün ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya gedən Amerika vətəndaşları ilə bağlı Rusiya ilə əlaqə saxlamağa hazırdır.
Qeyd edək ki, Ukraynanın Xerson şəhəri bu ilin aprel ayındanRusiya ordusu tərəfindən işğal olunub.

DİGƏR XƏBƏRLƏR

Top