Qazi: "Mən intihar məqsədilə özümü yandırmamışam" - Yenilənib


Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.
Yeniavaz.com
xəbər verir ki, Elvin Məmmədov APA-ya ehtiyatsızlıqdan xəsarət aldığını deyib: "Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".
Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi" medalı ilə təltif edilib.
TƏBİB də yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.
"Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur", - məlumatda deyilir.

***23:00
Daha bir Vətən müharibəsi qazisinin özünü yandıraraq intihara cəhd etdiyi deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, qazi Məmmədov Elvin Elçin oğlu bu gün Ağdaşda Türyançay sahilində üstünə benzin töküb yandıraraq intihara cəhd edib. Vəziyyətinin çox ağır olduğu deyilir.
Qeyd edək ki, E. Məmmədov Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, iyulun 10-da 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırdığı xəbərləri yayılıb. Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi iyulun 11-də dünyasını dəyişib. Baş Prokurorluq isə Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı araşdırma aparılıdığını açıqlayıb. Həmçinin, bu gün Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Məlumata görə, onu xilas etmək mümkün olub. Bu gün həm də Vətən müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlu özünü lentə alaraq ailəsinə baxa bilmədiyini və yaşadığı evin kirayə haqqını ödəyə bilmədiyini deyib, buna görə intihar edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top