Ukrayna taxılının ixracı üçün koordinasiya mərkəzi yaradılacaq


Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün İstanbulda keçirilən “taxıl dəhlizi” üzrə dördtərəfli görüşün yekunları barədə danışıb.
Yeniavz.com
xəbər verir ki, o, bu məsələ ilə bağlı yekun sənədin gələn həftə imzalanmasının planlaşdırıldığını bildirib.
“Müsbət və konstruktiv keçən danışıqlarda İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirakı ilə koordinasiya mərkəzinin yaradılması, limanlardan gəmilərin çıxışlarında və marşrutlarda birgə nəzarətin təmin edilməsi kimi əsas texniki məsələlər üzrə razılıq əldə olunub”, - türkiyəli nazir açıqlamasında bildirib.
"Görüşdə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərinin gələn həftə Türkiyədə keçiriləcək yeni görüşü, bütün detalların müzakirəsi və yekun sənədin imzalanması ilə bağlı birlik əldə edilib", - Akar qeyd edib.
Xatırladaq ki, bu gün İstanbulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top