Şimali Koreya LXR və DXR-nin “müstəqilliyini” tanıdı


Şimali Koreya qondarma Luqansk və Donetsk xalq respublikalarının “müstəqilliyini” tanıyıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, beləliklə Şimali Koreya Rusiya və Suriyadan sonra sözügedən qondarma respublikaların müstəqilliyini tanıyan üçüncü ölkə olub.
DXR “lideri” Denis Puşilin “Telegram” hesabında Şimali Koreyaya təşəkkür edərək, “Donetsk Xalq Respublikasının beynəlxalq statusu və dövlət quruluşu möhkəmlənməkdə davam edir. Bu, diplomatiyamızın növbəti qələbəsidir. Bu siyasi qərar iqtisadi sahədə əlaqələrin gələcək inkişafı üçün əsas olacaq. İkitərəfli tərəfdaşlıq dövlətlərimizin biznesləri üçün ticarət coğrafiyasını artıracaq. Əminəm ki, bizi səmərəli və məhsuldar əməkdaşlıq gözləyir”, - yazıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsi öncəsi xalqa müraciətində qondarma Luqansk və Donetskin xalq respublikalarının “müstəqilliyini” tanıdığını bəyan edib.
Rusiyadan sonra Suriya da qondarma respublikaların “müstəqilliyini” tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top