Dünyanın ən yaxşı 50 hakerindən biri olan azərbaycanlı tələbə - Foto


Azərbaycanlı tələbə "Major League Hacking" (MLH) – Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısında yer alıb.
Yeniavaz.com
xəbər verir ki, söhbət ABŞ-nin Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz Qənbərlidən gedir. O, ən yaxşı 50 arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbia, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri Lanka kimi ölkələri təmsil edirlər.
F.Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz “HackKU-2021” və “HackKU-2022” müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda “Microsoft” şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kansas Universiteti Kompüter Mühəndisləri Assosiasiyanın prezidenti və “Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.

Qeyd edək ki, “Major League Hacking” (MLH) hakerləri gücləndirmək, erkən karyera texnoloqlarına əylənərkən, öyrənərkən və inkişaf edərkən gələcəkdə uğurlu olmaq üçün lazım olan bacarıqları əldə etməyə kömək etmək üçün qurulub. Bu gün MLH ABŞ-da hər 3 CS ixtisasından 1-i və dünya üzrə 150 mindən çox hakerlə işləyir.

DİGƏR XƏBƏRLƏR

Top