Son sutkada 91 nəfər koronavirusa yoluxub


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 430 nəfərdir.
Ölkədə son sutka ərzində 1 878, hazırkı dövrədək isə 6 991 514 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top