FHN Xaçmazdakı yanğından görüntülər yaydı - Video


Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında və Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatda qeyd olunub ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Aviasiya dəstəsinə məxsus 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top