“Azərsu”nun zərəri yarım milyardı ötdü – Kəskin artım…


Ötən il “Azərsu” ASC-nin ümumi zərəri 229 milyon manat artaraq 552 milyon 230 min manata çatıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat ASC-nin maliyyə hesabatında yer alıb.
Bildirilir ki, ASC son bir ildə suyun satışından 182,5 milyon manat, kanalizasiya xidmətlərindən isə 70,5 milyon manat gəlir əldə edib.  
Dövlət şirkətinin zərər etməsinin əsas səbəbi isə ötən il üzrə “digər əməliyyat” xərclərinin 2,6 dəfə artaraq 549,5 milyon manata, satış və paylanma xərclərinin isə 24,7% artaraq 146,6 milyon manata yüksəlməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top