Metroda gediş haqqı artırılacaq? - Açıqlama


“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb".

Yeniavaz.com xəbər verir ki, bunu Report-a metroda gediş haqlarının artırılması ehtimalı ilə bağlı səhmdar cəmiyyətindən bildirilib.
"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top