
İyulun 12-də valideyn himayəsindən məhrum, görmə məhdudiyyətli Nazpəri Omanova və Elman Nuruzadənin toy mərasimi baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum uşaqlar üçün 4 və 5 nömrəli Respublika xüsusi internat məktəblərinin məzunlarıdır.
Mərasimdə təhsil naziri Emin Əmrullayev və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.





Sosial şəbəkələrdə nazir Emin Əmrullayevin toyda rəqs etməsi maraqla qarşılanıb.
Həmin kadrları təqdim edirik: