Türkiyə, Rusiya, Ukrayna və BMT taxıl dəhlizi üçün görüşəcək


Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri taxıl dəhlizi danışıqları üçün bir araya gələcək.
Yeniavaz.com
“Haberturk”ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar dünən verdiyi açıqlamada Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara daşınması ilə bağlı danışıqlar aparılacağını bildirib.
O qeyd edib ki, danışıqlar bu gün İstanbulda aparılacaq.
Xatırladaq ki, Rusiya-Ukrayna arasındakı müharibə nəticəsində Ukraynanın bir çox yük gəmisi Qara dəniz limanlarını tərk edə bilməyib və Ukrayna taxılının daşınmasında yaranan problemlər səbəbindən qlobal ərzaq böhranı pik həddinə çatıb.

Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top