İngilis hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət etdi - Foto


Ötən gün baş tutan “Qarabağ” - “Lex” oyunundan (5:1) sonra matçın ingilis hakimlər briqadası Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, Tofiq Bəhramov Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosisiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. O, dünya futbolu tarixinə 1966-cı ildə keçirilən  FİFA Dünya Kubokunun final matçı ilə düşüb. Belə ki, T. Bəhramov dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununu yan xərt hakimi kimi idarə edib.  Əsas vaxtı heç-heçə (2:2) başa çatan matçın qalibini müəyyənləşdirmək üçün oyuna 30 dəqiqə əlavə olunub. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - Bəhramovun deyəcəyini göstərir. İki referi arasındakı jestlər (onlar eyni dildə danışa bilmirdilər) bir neçə saniyə çəkib. Bəhramov həmkarına təmiz qol olduğunu bildirmək üçün əminliklə mərkəzi işarə edib. Bu, ingilislərdə böyük sevinc yaradıb. Azərbaycanlı hakimin bu qərarilə ingilislər tarixlərində ilk və hələ ki son dünya çempionluğunu qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top