Suriyada İŞİD lideri öldürülüb - Pentaqon


İŞİD terror təşkilatının liderlərindən biri Mahir Əl Aqal öldürülüb.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, o, Suriyada havadan təşkil edilən hücum nəticəsində öldürülüb.
Onun yanındakı bir nəfərin də ağır yaralandığı qeyd olunub.
“İlkin araşdırmaya görə əməliyyat zamanı mülki şəxslər arasında itki olmağıb”, məlumatda deyilir.
Qeyd edək ki, Mahir Əl Aqal İŞİD-in İraq və Suriya xaricində əlaqələrin təşkilatçısı olub.

DİGƏR XƏBƏRLƏR

Top