“Qarabağ” azarkeşlərə müraciət etdi


"Qarabağ" bu gün Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, video-müraciətdə azarkeşlərdən saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlmələri xahiş olunub.
Saat 18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.
Qeyd edək ki, Polşadakı ilk qarşılaşmada "Lex" qalib gəlib - 1:0. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top