Nazirlik şirkətləri kimdən və niyə gizlədir? – Müəmma...


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" bölməsi bir həftədən çox qeyri-aktiv vəziyyətdə olub.
Yeniavaz.com xəbər verir ki, bu bölməyə daxil olaraq dövlət qeydiyyatına alınan şirkətlər barədə məlumatları əldə etmək mümkün olur.
Belə ki, şirkətin adı və yaxud da VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) ilə axtarış edərək şirkətin qanuni təmsilçisi, hüquqi ünvanı, nizamnamə kapitalı, şirkətin yaranma tarixi və s. barədə məlumat əldə etmək olur.
Qeyd etdiyimiz kimi, uzun müddət həmin bölməyə giriş mümkün olmayıb. Məsələ ilə bağlı bu gün Vergilər Xidmətinə ünvanladığımız suala cavab ala bilmədik.

Qeyd edək ki, son illər mətbuatda, o cümlədən də yeniavaz.com saytında dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində yeni yaranan, təcrübəsiz şirkətlərin qalib gəlməsilə bağlı çoxsaylı yazılar yayımlanıb. Həmin yazılarda adı keçən şirkətlər barəsində məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi saytında olan məlumatlara istinadən yer alırdı. Eyni zamanda bu məlumatlar əsasında tender müsabiqəslərində qeydə alınan digər neqativ hallar da üzə çıxmış olurdu.
Yeniavaz.com saytında yayımlanan yazılardan bəzilərini təqdim edirik və ümid edirik ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" bölməsinin bir həftədən çox qeyri-aktiv olmasının bu yazılarla bir əlaqəsi yoxdur.
Baba Rzayevin qardaşı "Azərişıq"dan 17,3 milyon manatlıq tender uddu
8 gün əvvəl yaranan şirkət 150 minlik tenderlərin qalibi oldu - Fotofakt
Azərbaycanda “tender ssenarisi”ni kimlər yazır? - Dəyişməyən dəsti-xətt...

Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt
Adının sonunda “LT” olan “sirli” şirkətləri kimlər himayə edir? - Siyahı
Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar - FAKTLAR


Qeyd: Bu yazı yayımlandıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" bölməsi yenidən aktivləşdirildi.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top