İyulun 11-də NASA 10 milyard dollarlıq "James Webb" kosmik teleskopunun kainatın hüdudlarını göstərən ilk infraqırmızı fotosunu yayıb.
Yeniavaz.com xəbər verir ki, bu, 13 milyard yaşı olan erkən kainatın ən aydın fotosu hesab olunur.
Bu gün isə teleskopun çəkdiyi daha dörd qalaktik görüntünün yayılacağı bildirilir.
"Yüzlərlə ağ, sarı, narıncı, qırmı rəngli ləkə, zolaq, spiralın göründüyü ilk təsvir kainatın kiçicik bir zərrəsidir", – NASA administratoru Bil Nelson deyib.
Dünyanın ən böyük və ən güclü kosmik teleskopu 2021-ci ilin dekabrında Cənubi Amerikadan buraxılıb.
O, yanvarda Yerdən 1.6 milyon km-lik məsafəyə çatıb.